Ölkəsinin ən zəngin adamı idi, 94 yaşında öldü - FOTOLAR

Ölkəsinin ən zəngin adamı idi, 94 yaşında öldü -  FOTOLAR
  19 Yanvar 2019    Oxunub:2437
Filippinin ən zəngin iş adamı Henri Si 94 yaşında vəfat edib.
Azvision.az xəbər verir ki, milyarder pərakəndə satış üzrə maqnat və “SM Investments Corporation” (SMIC) şirkətinin fəxri sədri idi.

Ailəsi onun ölüm xəbərini təsdiqləyib. SMIC şirkətinin yaydığı bəyanatda bildirilib ki, 18,3 milyard dollar dəyərində sərvəti olan Henri Si 2018-ci ildə “Forbes”in siyahısında Filippinin ən zəngin adamı kimi tarixə düşüb.

H.Si biznes-maqnat, investor və filantrop kimi tanınıb. O, daşınmaz əmlak, bankinq, təhsil, səhiyyə və digər sahələrdə çalışıb, “SM Prime Holdings” şirkətinin təsisçisi olub.








Kənan Məmmədov
Azvision.az


Teqlər: Milyarder   Henri-Si   Vəfat  





Xəbər lenti