Türkiyə 54 min suriyalıya vətəndaşlıq verib

Türkiyə 54 min suriyalıya vətəndaşlıq verib
  20 Yanvar 2019    Oxunub:1526
Türkiyədə 53 min 99 suriyalıya vətəndaşlıq verilib.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Qeyd edilib ki, həmin şəxslər Türkiyə vətəndaşı olmaq hüququ qazanıblar və martın 31-də keçiriləcək bələdiyyə seçkilərində səsvermədə iştirak edəcəklər.

Xatırladaq ki, ki, 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsindən sonra ölkədən didərgin düşən 3 milyon suriyalı Türkiyəyə sığınıb.

Azvision.az



Teqlər: Türkiyə   Suriya  





Xəbər lenti