Müdafiə Nazirliyi təkzib etdi

Müdafiə Nazirliyi təkzib etdi
  09 Noyabr 2013    Oxunub:1060
Müdafiə Nazirliyi tankın avtomobilləri əzməsini təkzib etdi.


AzVision.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi Beyləqanda tankın qəza törətməsi barədə yayılan məlumatlara aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində Beyləqan rayonu ərazisində hərbi hissəyə məxsus tankın guya yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı məlumat yer alıb: “Müdafiə Nazirliyi olaraq bildiririk ki, bu məlumatın heç bir əsası yoxdur və xəbər dezinformasiya xarakteri daşıyır. Həmçinin, tövsiyə edilir ki, hərbi xarakterli məlumatların yayılmasına həssaslıqla yanaşılmalıdır və dəqiqləşdirilmədən verilməsi məqsədəuyğun deyil”.

Qeyd edək ki, ötən gün bəzi KİV-də noyabrın 7-də Beyləqanda yol ilə hərəkət edən tankın iki avtomobili əzərək daha sonra kanala düşməsi barədə məlumat yayılıb.


Teqlər:  





Xəbər lenti