Meksikadakı partlayışda ölənlərin sayı 85-ə çatıb

Meksikadakı partlayışda ölənlərin sayı 85-ə çatıb
  21 Yanvar 2019    Oxunub:1350
Meksikanın İdalqo ştatında neft boru kəmərində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Xorxe Alkoser məlumat verib. Onun sözlərinə görə, hazırda xəstəxanalarda 58 yaralı müalicə alır. Yaralıların bəziləri ağır vəziyyətdədir. Ölü sayının artacağı istisna edilmir.

Qeyd edək ki, yanvarın 18-də axşam saatlarında İdalqo ştatındakı iri neft kəmərində güclü partlayış olub, sonra yanğın başlayıb.

Azvision.az



Teqlər: Meksika   Partlayış  





Xəbər lenti