“Sarı jiletli qadınlar” da etirazlara başladı - FOTO

“Sarı jiletli qadınlar” da etirazlara başladı -  FOTO
  21 Yanvar 2019    Oxunub:2055
Fransanın paytaxtı Parisdə “sarı jiletli qadınlar” hökumətə etiraz olaraq küçələrə çıxıblar.
AzVision.az xəbər verir ki, Eyfel qülləsi önünə toplanan qadınlar Bastiliya meydanınan doğru hərəkət ediblər.



“Sarı jiletli qadınlar”ın liderlərindən olan Priscillia Ludoskinin çağırışına qoşulanlar arasında senator Ester Benbassa da var. Hökumət və prezident Emmanuel Makronun əleyhinə şüarlar səsləndirən etirazçı qadınlar iqtisadi güzəştlər tələb ediblər.



Ölkənin Sable şəhərində də “sarı jiletli qadınlar” etiraza qalxıblar. Onlar polisin etirazçılara qarşı sərt müqavimətini qınayıblar.



Fransanın daxili işlər naziri Laurent Nunez bildirib ki, “sarı jiletli”lərin ötən gün ölkə boyu həyata keçirdiyi etiraz aksiyalarında 300 nəfər saxlanılıb.

Qeyd edək ki, “Sarı jiletli”lərin açıqladığı statistikaya görə, ötən gün keçirilən etiraz aksiyalarına 147 min nəfər qatılıb.



Kənan Məmmədov
AzVision.az


Teqlər: Fransa   Etiraz   Sarı-jiletlilər   Paris   Makron  





Xəbər lenti