Ermənilər Kəlbəcərdə qəzaya düşdü - Ölənlər var

Ermənilər Kəlbəcərdə qəzaya düşdü -  Ölənlər var
  21 Yanvar 2019    Oxunub:2933
Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, ötən axşam Kəlbəcərdən Zar kəndinə gedən yolun 12 kilometrliyində “Niva” markalı avtomobil yolun hərəkət hissəsindən kənara çıxaraq dərədəki çaya düşüb.
Qəza nəticəsində sürücü də daxil olmaqla 3 erməni ölüb. Avtomobilin digər sərnişini isə müxtəlif bədən xəsarətləri alıb. Hazırda xəstəxanaya yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Kəlbəcər   DağlıqQarabağ  





Xəbər lenti