“İsraili tamamilə məhv edərik” - İrandan xəbərdarlıq

  21 Yanvar 2019    Oxunub : 2300
 “İsraili tamamilə məhv edərik” - İrandan xəbərdarlıq
İsrailin Suriyada İran qüvvələrinə vurduğu hava zərbələrinin ardından, İranın hərbi rəhbərliyi İsraillə döyüşməyə və onları məhv etməyə hazırlaşdıqlarını deyib.

Azvision.az xəbər verir ki, İran hərbi hava qüvvələrinin komandiri, briqada generalı Əziz Nəsirzadə bu cür bəyanatla çıxış edib. Bildirib ki, İran İsraili tamamilə məhv etməyə qadirdir və bunu istənilən an edə bilər.
“Hava qüvvələrində gənclərimiz tamamilə hazırlıqlıdır və sionist rejimi ilə savaşaraq onları yer üzündən silmək üçün səbisizlənirlər”, – iranlı general vurğulayıb.

Ekspertlərə görə, tərəflər arasındakı bu cür söz savaşı bölgədə gərginliyin daha da artmasına səbəb olacaq.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: İran   Suriya   İsrail