Sarkisyanın kadrı vəzifəsindən istefa verdi

  21 Yanvar 2019    Oxunub : 945
 Sarkisyanın kadrı vəzifəsindən istefa verdi
Ermənistan İstintaq Komitəsinin sədr müavini Artur Qambaryan bu gün tutduğu vəzifədən istefa verib.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, Qambaryan könüllü şəkildə istefa verib. Lakin onun istefasının dəqiq səbəbi bəlli deyil.

Qeyd edək ki, sabiq prezident Serj Sarkisyanın kadrlarından olan Artur Qambaryan hüquq elmləri doktoru, professordur. O, 2014-cü ilin 12 sentyabrında Ermənistan İstintaq Komitəsinin sədr müavini postuna təyin edilmişdi.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   İstintaq