Netanyahudan Tehranın hədəsinə cavab

  21 Yanvar 2019    Oxunub : 1517
 Netanyahudan Tehranın hədəsinə cavab
İsrailin baş naziri Benyamin Netanyahu İranlı generalın İsraili yer üzündən silməyə səbirsizləndiklərilə bağlı bəyanatına cavab verib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Netanyahu bu gün İsrailin Suriyaya endirdiyi hava zərbələrinin əsasən İranın bu ölkədəki hərbi obyektlərinə hədəfləndiyini və buna görə İsraili məhv etməklə hədələdiyi üçün Tehranın nəticələrə qatlaşmalı olacağını deyib.

“Biz həm İrana, həm də İran aqressiyasını cəsarətləndirən Suriya qüvvələrinə qarşı əməliyyat aparırıq. Bizə pislik etməyə çalışan hər kəsi vuracağıq. Tam məsuliyyət, bizi yer üzündən silməklə hədələyənlərin üzərinə düşür” – Netanyahu xəbərdarlıq edib.

Qeyd edək ki, ötən gündən başlayaraq İsrailin Suriya paytaxtı Dəməşqi bombalaması nəticəsində 11 nəfər ölüb. Suriyadakı müharibə monitorinqi qrupları ölənlərin hərbçi, yaxud silahlı qruplaşmaların döyüşçüləri olduğunu bildirib. Rusiya Müdafiə Nazirliyi isə məlumat yayıb ki, Suriya ordusunun hava hücumundan müdafiə sistemləri 48 saat ərzində İsrailin 30 raketini zərəsizləşdirə bilib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: İran   Suriya   İsrail