Ərdoğan sabah Rusiyaya gedəcək

   Ərdoğan sabah Rusiyaya gedəcək
  22 Yanvar 2019    Oxunub:2450
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Rusiyaya səfər edəcək.
Azvision.az xəbər verir ki, səfər zamanı Ərdoğan Rusiya lideri Vladimir Putinlə görüşəcək.

Həmçinin, iki ölkənin nazirləri və rəsmilərinin iştirakı ilə heyətlərarası görüş keçiriləcək. Görüşdə Rusiya ilə Türkiyə arasında ikitərəfli münasibətlərlə yanaşı, Suriya böhranı, eləcə də bəzi regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

Azvision.az


Teqlər: Türkiyə   Rusiya   Prezident  





Xəbər lenti