“Azərbaycan və erməni xalqları sülhə hazır deyil” - Rusiyalı politoloq

  22 Yanvar 2019    Oxunub : 2071
 “Azərbaycan və erməni xalqları sülhə hazır deyil” - Rusiyalı politoloq
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönələn güzəştlər münaqişə tərəfləri üçün pis nəticələrə gətirib çıxara bilər”

Azvision.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi, politoloq Aleksandr Krılov “İrəvan-Moskva” video-konfransında çıxış edərkən deyib.
Onun sözlərinə görə, erməni və Azərbaycan cəmiyyətlərinin sülhə hazırlanmasının vacibliyinə dair ideyalar çətin ki, Ermənistan və Azərbaycan hakimiyyətlərinə mənfi təsir etmədən reallaşsın.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması bütün mümkün həll variantları içərisində ən çətinidir. Çünki bu, güzəştə gedən tərəf üçün dağıdıcı nəticələrə gətirib çıxara bilər. Ermənistan və Azərbaycan cəmiyyətləri hadisələrin bu cür inkişafına hazır deyillər” - rusiyalı politoloq vurğulayıb.

Krılov onu da bildirib ki, Dağlıq Qarabağ probleminin “beynəlxalq diktə” vasitəsilə həll variantının 1990-cı illərdə Balkanlardakı kimi pis nəticəsi ola bilər.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   DağlıqQarabağ   Azərbaycan   Rusiya