“Rusiyadan yeni silahların tədarükündə maraqlıyıq” - Prezident

 “Rusiyadan yeni silahların tədarükündə maraqlıyıq” -    Prezident
  22 Yanvar 2019    Oxunub:2739
"Bakı Rusiya silahlarının tədarükü üzrə yeni müqavilələr imzalamaqda maraqlıdır. Bununla bağlı detallar müvafiq qurumlar tərəfindən razılaşdırılacaq"


Azvision.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Davosda Ümumdünya İqtisadi Forumu çərçivəsində “RİA Novosti”yə açıqlamasında deyib.
“Hərbi texnikanın nomenklaturasına gəlincə, o, müvafiq orqanlar arasında razılaşdırılacaq. Əlbəttə ki, biz bunda (Rusiyadan silah alışında) maraqlıyıq. Rusiya müasir, etibarlı hərbi texnikanın əsas tədarükçülərindən biridir və bizim onlara tam çıxışımız var” – prezident vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Azərbaycan   Rusiya  





Xəbər lenti