İki ölkə arasında “sərt sərhəd” rejimi tətbiq olunacaq

İki ölkə arasında “sərt sərhəd” rejimi tətbiq olunacaq
  22 Yanvar 2019    Oxunub:2753
"Əgər Böyük Britaniya Avropa İttifaqını heç bir saziş olmadan tərk edərsə, onda Şimali İrlandiya avtomatik qaydada öz cənub qonşusu İrlandiya ilə “sərt sərhəd” rejiminə keçəcək.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Komissiyası sədrinin sözçüsü Marqaritis Skinas jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 1998-ci il müqaviləsinə rəğmən, sazişsiz çıxışın ən xoşagəlməz nəticəsi Britaniya ilə İrlandiya arasında gömrük və digər yoxlamaların bərpa edilməsi olacaq.

“Əgər sazişsiz ayrılma halında İrlandiyada nə baş verə biləcəyilə bağlı fikrimi öyrənmək istəyirsinizsə, düşünürəm ki, bu, olduqca aydındır – sərhədlərdə nəzarət sərtləşəcək” – Skinas vurğulayıb.

Aİ rəsmisi onu da bildirib ki, Britaniya baş naziri Tereza Meyin “Brexit” sazişinə alternativ olaraq parlamentə təqdim etdiyi “B planı”nda yeni heç də yoxdur.

Ekspertlərə görə, son zamanlar Şimali İrlandiyada bərpa olunan şiddətin daha da alovlanmaması üçün Brüssellə Dublinin Britaniya hökumətini sazişlə ayrılmağa razı salmağa çalışdığı bir vaxtda Aİ rəsmisindən gələn belə bəyanat olduqca nadir hadisədir və danışıqların gedişinə mənfi təsir edə bilər.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Brexit   Britaniya   Avropaİttifaqı  





Xəbər lenti