Bəşər Əsəd İsrailə hücum edəcək

 Bəşər Əsəd İsrailə hücum edəcək
  23 Yanvar 2019    Oxunub:2193
Əgər BMT Təhlükəsizlik Şurası İsrailin Suriya ərazisindəki obyektlərə endirdiyi hava zərbələrilə bağlı tədbir görməsə və İsrail zərbələri dayandırmasa, onda cavab kimi Suriya da İsrailə hücum edərək Təl-Əviv hava limanına zərbələr endirəcək.
Azvision.az xəbər verir ki, Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri bu cür bəyanatla çıxış edib.

“Ya Təhlükəsizlik Şurası İsrailin Suriya ərazisinə mütəmadi hücumlarının dayandırılması üçün zəruri tədbirlər görməlidir, ya da bu Şurada müharibə yaradanların diqqətini müvafiq məsələyə çəkmək üçün Dəməşq beynəlxalq hava limanına hücuma cavab olaraq özünümüdafiə qanuni hüququnu reallaşdırmaqla Suriya Təl-Əviv hava limanına zərbə endirməlidir”, - Cəfəri xəbərdarlıq edib.

Qeyd edək ki, 21 yanvar gecəsi İsrailin Suriyanın paytaxtı Dəməşqə endirdiyi hava zərbələri nəticəsində 4 suriyalı hərbçi ölüb. Qeyri-rəsmi məlumata görə, ölənlərin sayı 11 olub. Məsələ ilə bağlı rəsmi Dəməşq BMT-yə müraciət edib. Lakin İsrail rəhbərliyi bildirib ki, hücumlarda hədəf Suriyadakı İran hərbi obyekləri idi və zərbələr Colan təpələrinə raket hücumu cəhdinə cavab olub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   Suriya   İsrail   BMT  





Xəbər lenti