Ermənistanın xarici borcu 7 milyard dollara çatıb

 Ermənistanın xarici borcu 7 milyard dollara çatıb
  23 Yanvar 2019    Oxunub:3077
Ermənistanın dövlət borcu ötən il ərzində 148,3 milyon dollar artıb. Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, ölkənin borcu 2018-ci il dekabrın 31-dək olan vəziyyətə görə, 6 mlrd. 922 mln. 900 min dollar təşkil edib
Bildirilib ki, 2020 və 2025-ci illər dövlət borcunun geri qaytarılması baxımından ən çətin dövr olacaq. Ermənistan 2020-ci ildə 800 mln. dollardan, 2025-ci ildə isə 750 mln. dollardan çox borcunu bağlamalı olacaq.

Bundan öncə Ermənistan Maliyyə Nazirliyinin Dövlət borclarının idarəolunması idarəsinin rəisi Arşaluys Marqaryan bildirmişdi ki, 2019-cu ilin sonuna kimi Ermənistanın dövlət borcu təxminən 7,5 milyard dollar təşkil edəcək. Onun sözlərinə görə, bu məbləğ hökumətin və Ermənistan Mərkəzi Bankının xarici və daxili borclarını əhatə edir.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti