Pakistan Hərbi Hava Qüvvələrinə məxsus "F-7PG" tipli təyyarə Bəlucistan vilayətində qəzaya uğrayıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, təlim uçuşu həyata keçirən təyyarə naməlum səbəbdən qəzaya düşüb, nəticədə pilot ölüb. Faktla bağlı araşdırma aparılır.