Pompeo Maduronu sabiq prezident kimi təqdim etdi

Pompeo Maduronu sabiq prezident kimi təqdim etdi
  24 Yanvar 2019    Oxunub:1995
“ABŞ Venesuelada Nikolas Maduro hökumətini qanuni görmür və bu səbəbdən amerikalı diplomatların ölkəni tərk etmə təlimatına əməl etməyəcək”.

AzVision.az xəbər verir ki, belə bir bəyanatla ABŞ dövlət katibi Mayk Pompeo çıxış edib.
Pompeo amerikalı diplomatların Venesuelada arzu edilməz şəxs elan edilməsinə sərt reaksiya verib: “ABŞ Venesuela ilə diplomatik əlaqələri davam etdirəcək. Bunu diplomatik təmsilçiliklərimizi ölkəsinə dəvət edən müvəqqəti prezident Xuan Quaido vasitəsilə edəcək. ABŞ sabiq prezident Nikolas Maduro rejiminin, ABŞ-la diplomatik əlaqələri kəsmə və ya diplomatlarımızı arzu edilməz şəxs elan etməsi məsələsində qanuni səlahiyyətə sahib olduğunu düşünmür”.

Qeyd edək ki, ABŞ-ın Venesuelada qanuni hökumətə qarşı qiyam təşkil etdiyini söyləyən Nikolas Maduro amerikalı diplomatlara ölkəni tərk etmələri üçün 72 saat vaxt verib.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Venesuela   Maduro   ABŞ  





Xəbər lenti