Ermənistan Rusiyadan yeni avtomatlar alacaq

 Ermənistan Rusiyadan yeni avtomatlar alacaq
  24 Yanvar 2019    Oxunub:3314
Ermənistan "Kalaşnikov" konsernindən 50-ə yaxın yeni АК-12 avtomat alacaq.

Azvision.az xəbər verir ki, bu barədə konsernin baş direktoru Vladimir Dmitriyev "Kommersant" qəzetinə müsahibəsində bildirib.
"Müqavilə imzalanıb. Biz hələ kiçik bir partiya hazırlayırıq. Təxminən 50 ədəd. Ümid edirik ki, almağa davam edəcəklər", - Dmitriyev deyib.

O, qeyd edib ki, Ermənistan АК-12 avtomatlarını alacaq ilk xarici ölkə olacaq.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Avtomat   Rusiya  





Xəbər lenti