Ermənistanda Paşinyana qarşı “sarı jiletlilər” aksiyası keçiriləcək

Ermənistanda Paşinyana qarşı “sarı jiletlilər” aksiyası keçiriləcək
  24 Yanvar 2019    Oxunub:2696
Fransadakı kütləvi “sarı jiletlilər” etiraz aksiyası Ermənistanda da başlayacaq və Fransadakı kimi, birbaşa olaraq Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin əleyhinə yönələcək.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “Jamanak” qəzeti məlumat yayıb.

“Fransanın nümunəsində Ermənistandakı “sarı jiletlilər” etiraz hərəkatı da təhsil, səhiyyə, vergilərlə bağlı sosial problemləri qaldıracaq və ölkədə ədalət atmosferinin bərpasını tələb edəcəklər. İndi Ermənistanda “sarı jiletlilər”in aksiyalarına hazırlıq işləri aparılır: etiraz hərəkatının nümayəndələri müxtəlif xadimlərlə görüşlər keçirərək hökumət əleyhinə əməkdalıq təklif edirlər. Amma hələ ki Ermənistandakı “sarı jiletlilər” etiraz hərəkatına kimin liderlik edəcəyi açıqlanmır” – qəzet yazıb.

Həmçinin qeyd olunub ki, “məxməri inqilab”dan heç bir il ötməmiş Ermənistan əhalisini hakimiyyət əleyhinə növbəti kütləvi etirazlara sövq edən başlıca səbəb baş nazir Nikol Paşinyanın sürətli iqtisadi inkişaf “möcüzəsi” və sosial təminatın artırılması ilə bağlı verdiyi vədlərin hələ də yalnız söz olaraq havada qalmasıdır. Bu mənada qəzet yazır ki, əgər yaxın aylarda Paşinyan dövlət borcu 7 milyard dollara çatan Ermənistanın iqtisadiyyatını dirçəltmək yönündə həlledici addımlar atmasa, o da elə özünün bünövrəsini qoyduğu “inqilabi yolla” kreslosu ilə vidalaşmalı olacaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti