Rusiyadan Venesuelaya görə ABŞ-a xəbərdarlıq

  24 Yanvar 2019    Oxunub : 1291
Rusiyadan Venesuelaya görə ABŞ-a xəbərdarlıq
Rusiya Venesuelada baş verənlər fonunda ABŞ-ın bu ölkəyə hərbi müdaxiləsi barədə xəbərdarlıq edib.

Azvision.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Beynəlxalq həyat” jurnalına müsahibəsində deyib. Bildirib ki, ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi yolverilməzdir və bu, ən fəlakətli ssenari olardı.
“Biz bununla bağlı (ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi) xəbərdarlıq edirik. Hesab edirik ki, bu, hazırda Latın Amerikası regionunda müşahidə etdiyimiz inkişaf modelinin əsaslarını sarsıdan fəlakətli ssenari olacaq” – Ryabkov vurğulayıb.

Rusiyalı diplomat onu da əlavə edib ki, Moskva özünün strateji tərəfdaşı olan Venesuelanı bundan sonra da dəstəkləməyə davam edəcək və digər dövlətlərin qəsdlərinə qarşı Venesuelanın suverenliyinin keşiyində duracaq:

“Venesueladakı vəziyyətin inkişafını müşahidə edərkən görürük ki, ABŞ da daxil olmaqla, konkret ölkələr qrupu müxtəlif növ bəhanələrlə bizə dost olan Venesuelaya qarşı təzyiqləri gücləndirmək üçün fərqli meydanlardan, o cümlədən, Amerika Dövlətləri Təşkilatından istifadəyə cəhd edirlər.”

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Venesuela   Rusiya   ABŞ