“Qarabağ münaqişəsinin həllinə optimizm artıb” - Finlandiya prezidenti

 “Qarabağ münaqişəsinin həllinə optimizm artıb” -    Finlandiya prezidenti
  24 Yanvar 2019    Oxunub:3057
Finlandiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə ATƏT-in Minsk qrupu çərçivəsində davam edən danışıqlar prosesini dəstəkləyir.
Azvision.az xəbər verir ki, bunu Finlandiya prezidenti Sauli Niinistö Strasburqada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında çıxışı zamanı azərbaycanlı nümayəndə heyətinin sualını cavablandırarkən deyib.

“Gördüyüm qədərilə, indi nizamlanmaya dair optimizm nisbətən çoxdur. Ümid edirik ki, münaqişənin Azərbaycan və Ermənistanın optimal maraqlarına cavab verən həll variantı tapılacaq. Nizamlanma istiqamətində bundan sonra baş verəcək proseslərin başlıca oyunçuları da, sözsüz ki, Azərbaycan və Ermənistan olacaq”, – Niinistö vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Azərbaycan   Ermənistan   dağlıqqarabağ   Finlandiya   AŞPA  





Xəbər lenti