Ötən il Türkiyəyə 40 milyona yaxın turist gəlib

  24 Yanvar 2019    Oxunub : 842
Ötən il Türkiyəyə 40 milyona yaxın turist gəlib
2018-ci ildə təxminən 6 milyon Rusiya vətəndaşı Türkiyəyə səfər edib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə DİN-nin Xaricilərlə işlər, sərhəd və miqrasiya məsələləri departamenti məlumat yayıb. M

Qeyd olunub ki, 2018-ci ildə Türkiyəni ziyarət etmiş əcnəbilərin sayı 39 468 492 nəfər olub. Onlardan 5 986 184 nəfəri Rusiya vətəndaşıdır. İkinci yerdə Almaniya (4 489 071), üçüncü yerdə isə Bolqarıstan (2 412 045) vətəndaşları qərarlaşıb.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Türkiyə   DİN   Turist