Əsədin və suriyalı diplomatların vizası ləğv edildi

Əsədin və suriyalı diplomatların vizası ləğv edildi
  24 Yanvar 2019    Oxunub:2413
Avropa İttifaqı (Aİ) Suriya prezidenti Bəşər Əsədin, hökumət üzvlərinin və suriyalı diplomatların Avropaya gəlişinə icazə verən vizaları ləğv edib.
Azvision.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Komissiyasının yaydığı bəyanatda deyilir. Qeyd olunur ki, bu addım Bəşər Əsədin avropalı diplomatların Dəməşqə və Suriyaya girişini qadağan edərək onlara verilən vizaların ləğvinə cavab olaraq atılıb.

“Bəşər Əsəd rejiminin bütün diplomatik vizaları ləğv edilib” – bəyanatda vurğulanır.

Avrokomissiyanın bəyanatında həmçinin bildirilir ki, Suriyanın avropalı diplomatlara verilən xüsusi vizaları ləğv etməsi nəticəsində Beyrut ilə Dəməşq arasında səyahət şərtləri çətinləşib. Brüssel iddia edir ki, Əsəd rejiminin bu addımı Suriyada müharibədən əziyyət çəkən xalqa humanitar yardım göstərilməsi cəhdlərinə əngəl yaradır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Viza   Avropaİttifaqı  





Xəbər lenti