Sarkisyan yeni ildə ilk dəfə ictimaiyyət arasına çıxdı

Sarkisyan yeni ildə ilk dəfə ictimaiyyət arasına çıxdı
  25 Yanvar 2019    Oxunub:2042
Ermənistanın sabiq prezidenti, 2018-ci ilin aprelindəki “məxməri inqilab” vasitəsilə istefa verməyə məcbur edilən Serj Sarkiyan bu il ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, hazırda Ermənistanın Şahmat Federasiyasının sədri olan Serj Sarkisyan bu idman növü üzrə Ermənistan Çempionatı qaliblərinin mükafatlandırılması mərasimində iştirak edərək, qələbə qazananları medal və hədiyyələrlə təltif edib.
Xatırladaq ki, sonuncu dəfə Sarkisyan 2018-ci ilin 9 dekabrında növbədənkənar parlament seçkiləri zamanı səsvermədə iştirak edərkən insanlar arasına çıxmışdı. Həmin vaxt o, jurnalistlərlə söhbətdən imtina etmişdi

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti