Maduro Rusiya, Çin və Türkiyəyə təşəkkür etdi

 Maduro Rusiya, Çin və Türkiyəyə təşəkkür etdi
  25 Yanvar 2019    Oxunub:2060
Venesuelanın leqitim prezidenti Nikolas Maduro parlamentin sədri və müxalifət lideri 35 yaşlı Xuan Quaydonun özünü qanunsuz olaraq ölkə prezidenti elan etməsinə qarşı Rusiya, Çin və Türkiyənin verdiyi dəstəyi yüksək qiymətləndirərək, bu ölkələrə təşəkkür edib.
Azvision.az xəbər verir ki, bu barədə Maduro "Tvitter"də yazıb. Bəyan edib ki, yaşadığı bu çətin dövrlərdə Venesuela tək qalmayıb.

“Rusiya, Çin, Türkiyə ilə digər hökumətlər və dünya xalqlarına Venesuelanın qanuni olaraq qurulan hökumətinə verdikləri dəstək bəyanatlarına görə minnətdaram. Qətiyyətli dəstəyiniz üçün təşəkkür edirəm. Venesuela tək deyil!" - Maduro bəyan edib.

Qeyd edək ki, 23 yanvarda Venesuela parlamentinin (Milli Assambleya) sədri və müxalifət lideri Xuan Quaydo özünü ölkənin prezidenti elan edib. ABŞ başda olmaqla beynəlxalq birliyin əksər aktorları Quaydonun müvəqqəti hakimiyyətini tanıyıb. Rusiya, Çin, İran və Türkiyə isə buna qarşı çıxaraq, Maduroya dəstək veriblər.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Venesuela   Türkiyə   Rusiya   Çin  





Xəbər lenti