Meksikadakı partlayışda ölü sayı 109-a çatıb

Meksikadakı partlayışda ölü sayı 109-a çatıb
  25 Yanvar 2019    Oxunub:2044
Meksikanın İdalqo ştatında neft boru kəmərində baş vermiş partlayış nəticəsində ölənlərin sayı artaraq 109 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Xorxe Alkoser keçirdiyi mətbuat konfransında bəyan edib.

Xatırladaq ki, yanvarın 18-də axşam saatlarında İdalqo ştatındakı iri neft kəmərində güclü partlayış olub, daha sonra isə yanğın başlayıb. Hadisə kəmərin qanunsuz kəsilmiş yerində benzin yığmaq üçün azı 350 sakinin toplaşdığı an baş verdiyindən, itkilərin sayı çoxalır.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Meksika   İdalqo  





Xəbər lenti