Zərdab sakini özünü güllələdi

Zərdab sakini özünü güllələdi
  11 Noyabr 2013    Oxunub:1103
İntihara cəhd etmək istəyən 32 yaşlı kişi yaralı halda xəstəxanaya yetləşdirilib
Ötən gecə saat 22:30 radələrində Zərdab rayonu Burunlu kəndində 32 yaşlı kişi özünü dəhşətli şəkildə öldürmək istəyib. Rayon polis şöbəsindən verilən məlumata görə, 1981-ci il təvəllüdlü Rafiq İsmayıl oğlu Qurbanov özünü 16 kalibirli ov tüfəngi ilə vurub. Ağır yaralı halda Ucar Mərkəzi rayon Xəstəxanasına çatdırılan Rafiq Qurbanov dərhal əməliyyat olunub.

Yaralı hazırda reanimasiya şöbəsindədir. Onun hansı səbəbdən özünü öldürmək istəməsi isə hələlik müəmmalı qalır.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti