Bu gün yağış yağacaq

  11 Noyabr 2013    Oxunub : 430
Bu gün yağış yağacaq
Noyabrın 11-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperatur gecə 8-11°, gündüz 14-17° isti, Bakıda gecə 9-11°, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-75 Təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gecə və axşam bəzi yerlərdə yağış yağacaq.

Gecə 3-8° isti, bəzi yerlərdə 2°-dək şaxta, gündüz 14-19° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, KəlbəcərDaşkəsən-Gədəbəy rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacaq.

Temperaturun gecə 0-5°, gündüz 10-15° isti olacağı proqnozlaşdırılır.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, FüzuliCəbrayıl rayonlarında gündüz əsasən yağmursuz keçəcək.
Gecə 5-10°, gündüz 14-19° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, XaçmazQusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Temperaturun gecə 5-10°, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan, 3°-dək isti, gündüz 8-12° isti olacağı ehtimalı var.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, SalyanNeftçala rayonlarında səhər ayrı-ayrı yerlərdə duman və çiskin olacaq, gündüz əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 6-11°, gündüz 14-19° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, LənkəranAstara rayonlarında arabir yağış yağacağı ehtimal edilir, səhər dağlarda duman olacaq.
Gecə 8-11°, gündüz 15-18° isti, dağlarda gecə 1-6°, gündüz 10-15° isti olacaq.

Teqlər: