10 günə doktoranturanın nəticələri elan olunacaq
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA ) prezidenti Akif Əlizadə deyib.
O , bildirib ki, qəbul olunan yerlərin sayında artım var: "Ötən il bəzi yerlər boş qalmışdı, ancaq bu il müsabiqəmiz böyük olacaq. Keçirilmə qaydalarında dəyişikliklə bağlı hər hansı yenilik gözlənilmir. Hələlik burada böyük islahatlar aparılmayıb. Ancaq seçimdə bizim yanaşmamız bir qədər fərqli olacaq."