Məhkumdan mobil telefon götürülüb

Məhkumdan mobil telefon götürülüb
  11 Noyabr 2013    Oxunub:992
Penitensiar xidmətin və 15 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1983-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 maddəsi ilə təqsirli bilinərək 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Cavadxan Hacımahama oğlu Hacıyevin üzərinə baxış keçirilən zaman alt paltarının içərisində gizlətdiyi daxilində danışıq kartı olan 1(bir) ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti