Avropa-Azərbaycan biznes forumu keçiriləcək
Məlumata görə, Fransanın Milli Sənaye Təşkilatının binasında keçiriləcək tədbirdə əsas məqsəd Azərbaycanın biznes və sərmayə qoyulması üçün sahələri təqdim etməkdir. Həmçinin iki ölkə investorlarının energetika texnologiyaları, su və sanitariya, aqrar-sənaye kompleksi, telekommunikasiyalar və aerokosmik sahələr, yüksək səviyyəli infrastruktur layihələri kimi vacib sektorlarla bağlı müzakirələr aparması nəzərdə tutulub. Azərbaycanda qeyri-neft sektoruna sərmayə qoyuluşu məsələsi də ciddi müzakirə mövzusu olacaq.
Forum çərçivəsində Azərbaycanın iqtisadi potensialı və iqtisadi mühitin əlverişliliyi, hazırda icra edilən layihələrin təqdimatı, ölkədə iqtisadi artımları hədəfə alan sektorların müəyyənləşdirilməsi, hökumət və özəl sektorlar üçün nəzərdə tutulmuş əsas mesajlarla bağlı seminarlar nəzərdə tutulub.
Qeyd edək ki, tədbirdə Fransa və Azərbaycandan olan sahibkarlar, dövlət qurumlarının nümayəndələri iştirak edəcək.
Teqlər: