Xəzər dənizində 50 nəfər saxlanılıb
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 254 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 6 halda 4 kiloqram 296,6 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Oktyabr ayının 5-də “Biləsuvar” sərhəd nəzarəti məntəqəsində İran İslam Respublikasından Azərbaycana keçərkən İİR vətəndaşları Dehasi Yusif Hüseynin üzərindən 17 ədəd, Səfəri Çodmand Məhbubun üzərindən isə 20 ədəd “Metadon” həbi, oktyabrın 19-da “Astara” sərhəd nəzarəti məntəqəsində İran İslam Respublikasından Azərbaycana keçərkən Astara rayon sakini Ağayeva Esmira Səməd qızının bədənində gizlətdiyi 48,2 qram heroin və 1,7 qram tiryək, oktyabrın 24-də “Astara” sərhəd nəzarəti məntəqəsində İran İslam Respublikasından Azərbaycana keçərkən Lənkəran rayon sakini Həbibova Mehri Xaliq qızının bədənində gizlətdiyi 133 qram heroin aşkarlanaraq götürülüb.
Oktyabr ayının 31-də Cəlilabad rayonunun Əsədli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 2 nəfər İran İslam Respublikası vətəndaşının 3,1 kq tiryəki və 1 kq marixuananı dövlət sərhədindən keçirməsinin qarşısı alınıb.
Sərhəd pozucuları əllərindəki narkotik vasitəni hadisə yerində ataraq geriyə İran ərazisinə qaçmağa müvəffəq olublar.
Qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 40 halda ümumi dəyəri təqribən 67,8 min manat olan qaçaqmal, o cümlədən 3 ədəd pnevmatik tapança, 1 ədəd 4,5 mm-lik pnevmatik avtomat, ov tüfəngi üçün 4,3 kq qırma, 50 kq barıt, 131 ədəd patron, 8 ədəd dəyənək, 9 ədəd qandal, 7 ədəd beşbarmaq, 3 ədəd minaaxtaran cihaz, 21,5 kq zinət əşyaları, 3259 qutu siqaret, 80 ədəd mobil telefon, müxtəlif dərman preparatları, spirtli içki və digər istehlak malları saxlanılıb.
AzVision.az