Gənc leytenantlar xidmətə başlayıblar - FOTO

Gənc leytenantlar xidmətə başlayıblar -    FOTO
  30 Yanvar 2019    Oxunub:2391
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ehtiyat Zabit Hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək müdafiə nazirinin əmri ilə leytenant hərbi rütbəsi verilən gənc zabitlərin növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın Dövlət himni oxunub.



Tədbirdə çıxış edənlər kursu bitirən məzunları leytenant ilk zabit rütbəsinə layiq görülmələri münasibətilə təbrik edərək onlara xidmətdə uğurlar arzulayıblar. Sonda kursu müvəffəqiyyətlə bitirən kursantlara leytenant poqonları və sertifkatlar təqdim olunub.



Azvision.az



Teqlər: MN   Zabit  





Xəbər lenti