Azay Quliyev ABŞ-nin yardımına qarşı
Dövlət Departamentinin rəsmi saytında yerləşdirilən məlumata görə, 500 min dolları Azərbaycanda vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi üçün ayırır.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Azərbaycan tərəfi ABŞ hökumətinin yalnız müxalif QHT-lərinə maliyyə yardımı ayırmasını düzgün saymır. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin sözlərinə görə, bu cür maliyyə yardımlarında adətən şəffaflıq təmin olunmur:
“Məqsəd Vətəndaş Cəmiyyətinin güclənməsi deyil, ayrı-ayrı siyasi qrupları maliyyələşdirmək ibarət olacaqsa, başqa sözlə desək, bunların gizli və qaranlıq gündəliyi olacaqsa, əlbəttə buna heç bir ölkə razılıq verə bilməz. Bu gün onlar qərar qəbul edən zaman fikir vermirlər ki, bu təşkilatın bilik və bacarığı kifayət qədərdimi, təcrübəsi varmı?. Yetər ki, həmin təşkilat ciddi şəkildə Azərbaycan hökumətinə qarşı müxalifətdən olsun. ”
Teqlər: