Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 11-də Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb.
AzVision.az xəbər verir ki, dövlət başçısını Heydər Əliyev adına Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.