Yunanıstan meri Bakıya gəlib
Gənclər və İdman Nazirliyinin dəvəti ilə baş tutan səfər çərçivəsində Saloniki şəhərinin meri İoannis Boutarislə yanaşı, Bələdiyyənin turizim məsələlərinə məsul müşaviri Spyridon Pengas , merin köməkçisi Eleni Sotiriou və “Avropa Gənclər paytaxtı 2014”ün koordinatoru Charalampos Papaioannou da ölkəmizdədirlər.
Səfər zamani Azərbaycanla gənclər və idman sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub. Səfər proqrami çərçivəsində nümayəndə heyəti tərəfindən Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarının və Şəhidlər Xiyabanının ziyarət edilməsi, “Dövlət Bayrağı” Meydanı və Heydər Əliyev Mərkəzi ilə tanışlıq, həmçini qonaqların iştirakı ilə Gənclər Təşkilatları Milli Şurası, Gənclər və İdman Nazirliyinin nümayəndələri və bir sıra rəsmilərlə görüşlər keçirilməsi nəzərdə tutulub.
Teqlər: