Həbsxanaya `həb` keçirmək istədilər

Həbsxanaya `həb` keçirmək istədilər
  12 Noyabr 2013    Oxunub:946
Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətdən AzVision.az-a verilən məlumata görə, 3 saylı İstintaq təcridxanasında cəza çəkən 1992-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3; 177.2.4 maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Məhəmməd Cümşüd oğlu Muradzadəyə dayısı Zahir Əvəz oğlu Quliyevin gətirdiyi sovqata baxış keçirilərkən üzərində "Şolders" yazılmış şampun qabının içərisindən şəffaf sellofana bükülərək gizlədilmiş 6 (altı) ədəd yaşıl rəngli dərman həbləri aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:





Xəbər lenti