Bakıda ailə faciəsi: ana 7 aylıq körpəsilə ölüb

Bakıda ailə faciəsi: ana 7 aylıq körpəsilə ölüb
  12 Noyabr 2013    Oxunub:1241
Bakının Yasamal rayonunda ana-uşaq ölümü qeydə alınıb.
Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, hadisə dünən saat 23:30-da baş verib.

Rayon sakini, kirayənişin 13.09.1984-cü il təvəllüdlü Heydərova Aygün Böyükağa qızı və onun 7 aylıq körpəsi Qəhramanova Məryam Elvin qızı kirayə yaşadıqları ünvanın hamam otağında huşsuz vəziyyətdə aşkar edilib. Ana-bala Kliniki Tibbi Mərkəzə aparılarkən yolda ölüb.

Meyitlər daxili müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertizasının və Patoloji Anotomiya Birliyinin Yasamal rayon Şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.



Teqlər:





Xəbər lenti