Gülər Əhmədovanın məhkəməsidir

Gülər Əhmədovanın məhkəməsidir
  12 Noyabr 2013    Oxunub:1256
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

AzVision.az xəbər verir ki, məhkəmədə digər şahidlər dindiriləcək.

Qeyd edək ki, sabiq deputatın ötən məhkəməsi noyabrın 4-də keçirilib. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti