Deputatdan maaşlarla bağlı müjdəli xəbər

Deputatdan maaşlarla bağlı müjdəli xəbər
  12 Noyabr 2013    Oxunub:1161
“Biz hesabladıq ki, bəzi sahələrdə əmək haqqı azdır, amma imkan var ki, bu əmək haqqı artırılsın”.
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə parlamentdə 2014-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, cari ildə adambaşına düşən gəlir MDB ölkələri arasında ən çox Azərbaycanın payına düşür: “Ancaq bu rəqəm heç də neft hesabına gəlirlərdən əldə edilməyib. Yaxın 4-5 ildə ÜDM-in 100 milyard, büdcə göstəricilərinin 30-35 milayrd dollar olacağı proqnozlaşdırılır. Nəzərdə tutulur ki, növbəti ildə Neft Fondundan transfer nəzərə alınmadan gəlirlər 1,2 milyard manat çox olacaq. Azərbaycandan çox neft hasil edən ölkələrdə belə qeyri-neft sektoru bu qədər tez inkişaf etdirilə bilməyib. Bu ölkə iqtisadiyyatının neft sektorundan asılılığını azad edilməsini təmin edir. Gələn il dövlət büdcəsində Dövlət Gömrük Komitəsindən gəlirlər 1,2 milyard çox olacaq. Xərclər iqtisadi islahatları davam etdirmək, ölkənin müdafiə qabiliyyətini yüksəltmək, əhalinin rifaha halının yüksəldilməsi regional iqtisadi inkişafı təmin edəcək.
Hazırda həyata keçirilən neft layihələri Azərbaycanın müstəqilliyini təmin edən amilə çevrilir. Bununla yanaşı Azərbaycan iqtisadi müstəqilliyi milli layihələrin həyata keçirilməsinə də şərait yaradır.

Z.Səmədzadə yeni yaradılan iqtisadiyyat və sənaye, eyni zamanda energetika nazirliklərinin yaradılmasını müsbət qiymətləndirib. O qeyd edib ki, energetika nazirliyinin yaradılması enerji təhlükəsizliyi baxımdan mühüm amildir: “Çünki energetika sahəsinin inkişafı Azərbaycan üçün daimi gəlir mənbəyidir. Baxmayaraq ki, büdcə gəlirləri 770 milyon manat azalıb, lakin sosial sferada bütün sahələrə ayrılan vəsaitin həcmi artıb. Hazırda Azərbaycanın büdcəsi Gürcüstan 5, Ermənistandan isə 6 dəfə çoxdur. Bu isə o deməkdir ki, Azərbaycanın dövlət büdcəsi Cənubi Qafqaz ölkələrinin büdcəsinin 80 faizini təmin edir”.

O, Azərbaycanda bəzi sahələrdə problemlərin olduğunu söyləyib: “Yeni iş yerlərinin açılması vacibdir. İqtisadi səhələrdə kadrlar yetişdirilməlidir. Miqrasiya axını azaldılmamlıdır. Biz hesabladıq bəzi sahələrdə əmək haqqı azdır, amma buna imkan var ki, bu əmək haqqı artırılsın”-deyə, millət vəkili əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti