Deputat: “İran-Azərbaycan sərhədindəki problem həllini tapacaq”

Deputat: “İran-Azərbaycan sərhədindəki problem həllini tapacaq”
  12 Noyabr 2013    Oxunub:1484
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov beynəlxalq təşkilatların Azərbaycana qarşı təzyiqindən danışıb.
AzVision.az xəbər verir ki, millət vəkili jurnalistlərə açıqlamasında bildirib ki, demokratiya, insan haqları, qanunun aliliyi məsələlərindən istənilən qurum tərəfindən hansısa ölkəyə qarşı alət kimi istifadə olunması düzgün deyil.

O qeyd edib ki, bu, məsələlər dövlətə qarşı təzyiq alətinə çevrilməməlidir. Deputatın sözlərinə görə, Azərbaycan tərəfi bütün beynəlxalq təşkilatlara elan edib ki, istənilən məsələdə müzakirələrə hazırdır və heç bir müzakirədən imtina etmir: “Hətta tənqiddən də çəkinmirik. Amma insan haqlarından dövlətə təzyiq vasitəsi kimi istifadə olunmasının əleyhinəyik. İmkan verməyəcəyik ki, demokratiya və insan hüquqları məsələlərindən bizə qarşı istifadə olunsun”.

S. Seyidov Azərbaycanın normal və konstruktiv tənqiddən nəticə çıxarmağa da hazır olduğunu bildirib.

İran-Azərbaycan sərhədlərinin bağlanılması məsələsinə də toxunan deputat bildirib: “Əminəm ki, iki dövlət arasında yaranmış bu məsələ öz həllini tapacaq”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti