“Ermənistan ordusu bir qrup silahlı quldurdan ibarətdir”

“Ermənistan ordusu bir qrup silahlı quldurdan ibarətdir”
  12 Noyabr 2013    Oxunub:979
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov Azərbaycan və türk bayraqlarının erməni komandirləri tərəfindən təhqir edilməsinə münasibət bildirib.

AzVision.az-ın məlumatına görə, jurnalistlərə açıqlama verən millət vəkili həmin kadrlardan xəbərdar olduğunu deyib :

“ Bu kadrlara mən də baxdım. Bu cür hərəkətlərə bir ad vermək olar : bu onların gücsüzlüyünün əlamətidir. Yəqin ki, erməni əsgərinin gücü yalnız buna çatır. Ona görə də televiziyada göstərməkdən başqa heç bir imkanı və əlacı qalmır. Azərbaycan və Türkiyənin bayraqları müqəddəsdir. Odur ki, bu bayraqları heç vaxt, heç kəs tapdalaya bilməz. Ermənilər bu cür məntiqə sığmayan hərəkətləri ilə bir daha onu göstərirlər ki, Ermənistan tərəfi sülhə hazır deyil və öz üzərinə götürdüyü öhdəlikləri icra edə bilmir. Qarşı tərəf bu cür hərəkətləri ilə regionda distabilizasiya faktoru kimi özünü bütün dünyaya nümayiş etdirir. Əminəm ki, ermənilər ordu daxilində belə bir məsələləri həyata keçirirlərsə, deməli həmin ordu bir qrup qanunu pozan və başqa dövlətin torpağını işğal etmiş insanlar kimi qiymətləndirilməlidir. Bu o deməkdir ki, Ermənistanda sözün əsl mənasında ordu yoxdur. Ermənistan ordusu bir qrup silahlı quldurdan ibarətdir. Bunlar əllərinə silahları götürüb başqa dövlətlərin bayraqlarını təhqir edirlər”.

Qeyd edək ki, dünən mətbuatda Dağlıq Qarabağda təlim keçən erməni əsgərlərinin üzərində Türkiyə və Azərbaycan bayrağı olan kərpicləri qırdığı görüntülər yayımlanıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti