2014 –cü ilin büdcəsi Milli Məclisdə müzakirə olunub
`Bu il 27, 4 kubmetr qaz istehsal olunması nəzərdə tutulur. 2017-ci ildə büdcənin gəlirinin 72 faizdən çoxu qeyri-neft sektorunun hesabına formalaşacaq. 1 barel neftin qiyməti 100 ABŞ dolları, növbəti 3 il üçün 80 ABŞ dollar olması qəbul edilib.
Növbəti illərdə manatın məzənnəsində 3-4 faiz inflasiya olması nəzərdə tutulur. 2014- cü ildə qeyri-neft sənayesi 13 faiz artıma nail olacaq. Xidmətlər sektorunda artım 7,4 faiz olacaq. Orta müddətlik dövrdə informasiya və rabitə sajəsində 10,8 faiz artım gözləyirik. Nəqliyyyat sektorunda iri həcmli layihələrin reallaşdıırlması nəticəsində orta müddətli dövr üçün gələn il 4,3 faiz artım gözlənilir.
Ticarətdə 10 faizə qədər artım gözlənilir. Xarici ticarət saldosu 15, 3 faiz olacaq. 4, 6 milyard ayırılacaq vəsaitlə şəhər və rayonların qazlaşdırılması başa çatacaq. Su ehtiyatları və irriqasiya layihələri üçün 1,3 milyard ayrılacaq. Sosial yönümlü layihələrə 5,2 milyard vəsait ayrılacaq.
2014-cü ildə 5, 4 faiz əməkhaqqının artımı planlaşdırılır. Yaşayış minimumu isə hələ də 125 manat təşkil edir”- deyə nazir müavini çıxışında bildirib.
Sevinc İltifatqızı