İlham Əliyev Türkiyənin “Dövlət nişanı” ilə təltif olundu - VIDEO

İlham Əliyev Türkiyənin “Dövlət nişanı” ilə təltif olundu - VIDEO
  12 Noyabr 2013    Oxunub:1161
Prezident İlham Əliyev Türkiyədə rəsmi səfərdədir.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, noyabrın 12-də Türkiyə Prezidentinin iqamətgahında – Çankaya köşkündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Türkiyənin və Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş iqamətgahın qarşısında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla qarşılayıb.

Hərbi orkestrin ifasında Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Türkiyə Respublikasının rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Abdullah Gülə təqdim edilib.

Sonra Azərbaycan və Türkiyə prezidentləri, xanımları Mehriban Əliyeva və Hayrünnisə Gül birgə xatirə şəkli çəkdiriblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türkiyəli həmkarı Abdullah Gül tərəfindən Türkiyənin "Dövlət nişanı" ilə təltif olunub. Sonra Prezident İlham Əliyev tərəfindən Türkiyə Prezidenti Abdullah Gül "Heydər Əliyev" ordeni ilə təltif olunub.

Təltifolunma mərasimindən sonra Azərbaycan və Türkiyə prezidentləri çıxış ediblər.

Mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Azərbaycan və Türkiyənin ictimai-siyasi xadimləri iştirak ediblər.




Teqlər:  





Xəbər lenti