`Nə qədər vəsait ayrılsa da, elm inkişaf etməyəcək`
“Amma əgər bizim elmimizə sağlam rəqabət gəlməsə büdcədən nə qədər vəsait ayrılsa, elm inkişaf etməyəcək. Bunun üçün qabaqcıl ölkələrin təcrübəsindən yararlanmalı idi. Bu büdcədə nəzərə alınmalı idi. Təhsilə ayrılan xərclərin artırılması müsbətdir. İstedadlı gənclər üçün vəsaitin ayrılması dövlətin istedadlı olan gənclərə qayğısının nəticəsidir. ən ucqar dağ kəndlərində ən müasir avadanlıqlarla məktəblər tikir. Hörmətli tyəhsil nazirimiz təhsilimizə keyfiyyətin gəlməsini düşünməlidir və bu məsələ ciddi nəzərə alınmalıdır. Büdcədə istərdim ki, universitetlərimiz kompus sisteminə keçmələri nəzərə alınsın, xaricdəki kimi. Büdcədə bu məsələlərdə nəzərə alınmalı idi”.
Deputat uşaq televiziyasının yaradılmasını təklif edib: “Mütləq uşaq televiziyası yaradılmalıdır. Bu AzTV nəzdində yaradılmalıdır, özəl formada yox. Uşaq televiziyasını özəl kanallar şəklinə salmaq olmaz. Hökümət bu barədə fikirləşməlidir”.
Yataqxana problemləri ilə bağlı danışan millət vəkili bildirib ki, Sumqayıtda çoxlu yataqxanalar var və onların çoxlu problemləri mövcuddur: “Orada böyük problemlər var, bir otaqda 7-8 nəfər qeydiyyatdadır. Hökümət Sumqayıtdakı yataqxanalarla bağlı düşünməlidir”.