Sosial xərclər artırılacaq
O bildirib ki, dövlət büdcəsinin tərkib hissəsində sosial yönümlü xərclərin artırılması nəzərdə tutulur: “2014-cü il dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin (əməyin ödənilməsi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materialların, ərzaq məhsullarının alınması) xüsusi çəkisi 26,6% olmaqla, 2013-cü illə müqayisədə 1,3 faiz bəndi artıb. Mütləq ifadədə bu məqsədə 5 337,3 milyon. manatın ayrılması proqnozlaşdırılır ki, bu da 2013-cü ilə nisbətən 298,9 milyon manat və ya 5,9% çoxdur”.
Adil Məhərrəmovunn sözlərinə görə, , 2014-cü ildə elm xərclərində əmək haqqı sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması və digər tədbirlərin maliyyələşdirilməsi ilə bağlı 3,5 milyon manat ayrılacaq.
Sədr müavini bildirib ki, elmi-tədqiqat layihələrinin Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondu vasitəsilə həyata keçirilməsi üçün 8 milyon manat, latın qrafikalı kitabların çap edilməsi üçün 5 milyon manat, Azərbaycan Milli Elmlər Akademiyasının elmi obyektlərinin yenidən qurulması və əsaslı təmiri üçün 3 milyon manat, elmi-tədqiqat müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsi və müasir laboratoriya avadanlıqlarının alınması üçün 5 milyon manat və digər tədbirlərin həyata keçirilməsi üçün vəsait nəzərdə tutulub”.
Sevinc İltifatqızı