“Dağlıq rayonlarda yeni yaşayış məskənləri salınmalıdır” - TƏKLİF

“Dağlıq rayonlarda yeni yaşayış məskənləri salınmalıdır” - TƏKLİF
  12 Noyabr 2013    Oxunub:939
Milli Məclisin bugünkü plenar iclasında ölkənin dağlıq rayonlarında yeni yaşayış məskənlərinin salınması təklif olunub.
AzVision.az xəbər verir ki, bu təkliflə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib.

O xatırladıb ki, Azərbaycanın dağlıq ərazisinin böyük bir hissəsi işğal altındadır: “Təəssüf ki, işğal faktına görə əhalinin bir çox hissəsi vaxtı ilə öz yurdlarında uyğunlaşdıqları dağlıq ərazidə yaşama vərdişini yadırğayır. Bu yaxınlarda yeni müdafiə nazirimiz də dağlıq şəraitdə döyüş qabiliyyəti vərdişimizin yüksək olmasının vacibliyini qeyd etdi. Ona görə də hökumət gələcəkdə büdcə vəsaitlərindən ölkənin digər dağlıq ərazilərində yeni yaşayış məskənlərinin salınmasına yönəltməlidir”.

Ə. Hüseynli deyib ki, Dağlıq Qarabağa qayıtmaq Azərbaycanın qəti məqsədidir: “Ona görə də insanlarımız bu mühitdə yaşamaq vərdişlərini itirməməlidirlər”.


Teqlər:





Xəbər lenti