Bakı-Sumqayıt yolundakı tıxac problemi Milli Məclisdə qaldırıldı
Millət vəkili bildirib ki, Stansiya Sumqayıt adlanan yaşayış massivindəki problemlərin həllinə nail olmaq lazmdır.
`Yol və körpülərin yenidən çəkilməsinə ehtiyac var. Burada 2500-dən çox insan yaşayır. Həmçinin tibb məntəqəsi və bağçaların yaradılması lazımdır. Əraziyə qəsəbə statusunun verilməsi məsləsinə də baxmaq olar`.
Bakı- Sumqayıt yolunda yaranan tıcaxlardan danışan millət vəkili
şəhərlərarası nəqliyyatın və insanların hərəkətinin artdığını deyib.
`Alternativ nəqliyyat sisteminin yaradılmasına ehtiyacımız var. Bu yerüstü sürət qatarları və ya elektrik qatarlarının çəkilməsi ola bilər`- deyə deputat problemlərin həlli yollarını göstərib.
Sevinc İltifatqızı