“Müsyö Jordan” vəfat etdi - FOTOLAR

 “Müsyö Jordan” vəfat etdi -    FOTOLAR
  08 Fevral 2019    Oxunub:6239
Rusiyanın Xalq artisti, tanınmış aktyor, rejissor, ssenarist Sergey Yurski dünyasını dəyişib.

Azvision.az xəbər verir ki, ötən il dekabrın sonunda ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən aktyor Moskvada vəfat edib. Lakin işlədiyi Mossovet adına teatrdan aktyorun xəstəxanaya profilaktik müalicə üçün getdiyi bildirilirdi. Onun ölüm səbəbi isə hələlik açıqlanmayıb.


Qeyd edək ki, Yurski gənc yaşından başlayaraq kino və teatrda müxtəlif rollar oynayıb, qısa müddətdə məşhurlaşıb. Sergey Yurskinin Azərbaycana da bağlılığı var. Belə ki, ölkəmizdə bir sıra məşhur filmlərə çəkilib. Xüsusilə, onun "Dərviş Parisi partladır" filmində yaratdığı "Müsyö Jordan" obrazı bu gün də sevilir.



Bundan başqa, aktyor “Şir evdən getdi” filmində ovçu, “Bir ailəlik bağ evi” filmində direktor və “Qorxma, mən səninləyəm!” filmində pristav rollarını canlandırıb.



İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Aktyor  





Xəbər lenti