Mikayıl Cabbarov vətəndaşlarla görüşəcək

Mikayıl Cabbarov vətəndaşlarla görüşəcək
  12 Noyabr 2013    Oxunub:1227
Ağcabədi, Bərdə, Tərtər, Beyləqan, Ağdam və Füzuli rayonlarında yaşayan vətəndaşların nəzərinə!
Noyabrın 15-də saat 10:00-da təhsil naziri Mikayıl Cabbarov Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağcabədi, Bərdə, Tərtər, Beyləqan, Ağdam və Füzuli rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Bu barədə AzVision.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya “Elektron müraciət” bölməsi https://azvision.az/redirect.php?url=http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts vasitəsilə qeydiyyatdan keçə bilərlər.


Teqlər:





Xəbər lenti